Xəbər lenti

Kanada məhkəməsi Çinin “Huawei” şirkətinin maliyyə direktoru xanım Men Vancounun 10 milyon Kanada dolları (7,5 milyon ABŞ dolları) məbləğində girov müqabilində sərbəst buraxılması barədə qərar qəbul edib.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, məhkəmə Men Vanconun Vankuverdəki evində polis və xüsusi texnoloji avadanlığın nəzarəti altında yaşamasına razılıq verib. Onun pasportu da hüquq mühafizə orqanlarında qalacaq.

Qeyd edək ki, Kanada polisi ABŞ-ın istəyi ilə dekabrın 1-də “Huawei”in maliyyə direktoru və şirkətinin təsisçisi Jen Cenfeyin qızı olan Men Vancounu Vankuver aeroportunda saxlamışdı. O, Honqkonqdan Vankuver aeroportu vasitəsilə Meksikaya getməliydi.

Çinin ən böyük şirkətlərindən olan “Huawei”in rəhbər şəxsinin həbsi ölkəsində böyük narazılıqla qarşılanıb. Kanadanın və ABŞ-ın Pekindəki səfirləri Çin Xarici İşlər Nazirliyinə çağırılaraq, onlara rəsmi qaydada etiraz bildirilmişdi.

 




Ana səhifəyə qayıt        Baxış: 321          Tarix: 12-12-2018, 13:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma