Xəbər lenti

 

Huawei-nin həm öndə həm də arxada iki kameraya sahib smartfonu Huawei G10 (Maimang 6) sızdırıldı. Əlavə olaraq bu smartfon 18: 9 ekran nisbətiylə gələcək.

Ovqat.com technote.az-a istinadən bildirir ki, Huawei, keçdiyimiz günlərdə Maimang 6 (Huawei G10) modelini 22 Sentyabr etibarilə rəsmi olaraq təqdim edəcəyini bildirmişdi.

Şirkətin ilk 18: 9 ekran nisbətinə sahib telefonu olacaq Huawei G10 üçün texniki xüsusiyyətləri və bəzi vizualları sızdırıldı.

5.9 inç ölçülü ekranda 1080 x 2160 keyfiyyət təqdim edəcək və 18: 9 ekran nisbətini istifadə edəcək olan telefon, gücünü Kirin 659 prosessorundan alacaq.

Bu prosessorun yanında telefonda 4 GB RAM, 64 GB yaddaş sahəsi  və Android Nougat əməliyyat sistemi yer alacaq. Həm öndə həm də arxada iki kameraya sahib cihaz, əlavə olaraq yenə iki tərəfdə də flaş dəstəyi təqdim edir.

Sızdırılan məlumatlara görə 164 qram ağırlığa, 7,5 mm qalınlığa sahib olacağı ifadə edilən cihazın 3,240 və ya 3,340 mAh tutumlu bir batareya ilə gəlməsi gözlənilir.

Çin-də Maimang 6 adı ilə təqdim ediləcək olan telefon, G10 və ya G10 Plus adı altında qlobal bazarda satılacaq.




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 19-09-2017, 21:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma