Xəbər lenti
21-09-2019, 20:33

 

Prezident nədən bəhs etdiyini anlamır. Əgər toxunulmazlığı ləğv etsəniz, o zaman deputatlar susacaqlar və bütün qanunlara, o cümlədən torpaqların satılmasına da səs verəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski deyib.

Jirinovski çıxışında Ukraynanı dağılmağa yaxınlaşdıran addımlarına görə Ukrayna Prezidenti Vladimir Zelenskiyə minnətdarlığını bildirib.

“Bu məsələ qaldırılanda Ukrayna xalqı qarşı çıxdı. Deputatların ağzını bağlamaq üçün toxunulmazlıq ləğv edildi. Bütün torpaqları satın, sonra da başınızı tutun. O ki sizin deyil!”, - Jirinovski söyləyib.

Partiya lideri deputatların toxunulmazlığının ləğvinin Ukraynanın daha dəhşətli məhvinin başlanğıcı olacağını qeyd edib:

“Siz parlamenti susdurmağı təklif edirsiniz. Parlament susacaq, Ukrayna dağılacaq. Mən bunu alqışlayıram, siz hər şeyi düzgün etmisiniz”.

Xatırladaq ki, ötən gün Ukrayna parlamenti 2020-ci ilin yanvarından etibarən millət vəkillərinin toxunulmazlığının ləğv edilməsi ilə bağlı Konstitusiya dəyişikliklərini təklif edən qanun layihəsini son oxunuşda qəbul edib.




Ana səhifəyə qayıt        Baxış: 24          Tarix: 4-09-2019, 11:11      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent