Xəbər lenti

İran hüquq-mühafizə orqanları bu gün Tehranda terror aktları törətməkdə şübhəli bilinən 8 nəfəri saxlayıb. 

"Report" İranın "Press TV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin nümayəndəsi Əhməd Fazelian bildirib. 

Onun sözlərinə görə, çərşənbə günü Tehranda baş verən silahlı hücumları dəstəkləməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb, onlardan 7-si Tehran yaxınlığındakı Fərdis şəhərində, daha 1 nəfər isə Kərəc şəhəri yaxınlığında tutulub.

Qeyd edək ki, bir müddət əvvəl 5 nəfərin tutulduğu və istintaqın başladığı barədə məlumat yayılmışdı. Onlar Suriyanın Rakka və İraqın Mosul şəhərlərində terrorçu İŞİD qruplaşmasının tərkibində olublar.

Xatırladaq ki, iyunun 7-də naməlum şəxslərin İran parlamentinin binasına və ayətullah Xomeyninin məqbərəsinə silahlı hücumu nəticəsində 17 nəfər ölüb, 52 nəfər isə yaralanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 449          Tarix: 10-06-2017, 13:49      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent