Xəbər lenti

ABŞ Administrasiyası Venesuelada narkotik qaçaqmalçılığı üçün istifadə olunan obyektləri müəyyən edib. Onlara havadan zərbələr endirilə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri ABŞ rəsmilərinə istinadla yazıb.

Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp hələ hücumla bağlı qəti qərar qəbul etməyib. Potensial hava zərbələri üçün hədəflər arasında hərbçilərin nəzarətində olan limanlar və aeroportlar ola bilər.

Bu şəkildə Tramp Venesuela lideri Nikolas Maduroya başa salmaq istəyir ki, onun istefaya getmək vaxtı çatıb. "Prezident Tramp Maduroya aydın mesaj göndərib: ölkəmizə narkotik və cinayətkarlar göndərməkdən əl çəkin. Prezident narkotik axınını dayandırmaq üçün ABŞ-nin qüdrətinin bütün elementlərini işə salmağa hazırdır", - deyə nəşr Ağ Evin mətbuat katibinin müavini Anna Kellinin sözlərini təqdim edib.




Ana səhifəyə qayıt        Baxış: 2 721          Tarix: Dünən, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma