Xəbər lenti

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana Zəfər paradında iştirak üçün gəlməsi müzakirə olunur".

 "Report" xəbər verir ki, bunu Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu deyib.

O qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətlərini gənclər də davam etdirməlidirlər:

"Bu yöndə gənc iş adamlarının əməkdaşlığı vacibdir. 44 günlük müharibə ilə Qarabağın işğaldan azad edilməsi bizim üçün böyük Zəfərdir. Həmin dövrdə biz "Qarabağ Azərbaycandır" deyə səsimizi ucaldırdıq və bu gün isə "Qəzza Fələstindir" deyirik".

Qeyd edək ki, Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu Azərbaycanda səfərdədir.

Nazir müavini sabah Bakıda "Gənc MÜSİAD"ın təşkilatçılığı ilə keçiriləcək Avrasiya Gənc İş Adamları Forumunda (EYBF2025) iştirak edəcək.




Ana səhifəyə qayıt        Baxış: 2 755          Tarix: Dünən, 22:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma