Xəbər lenti

Hindistan Rusiya neftinin alışını yenidən bərpa edib.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, bu proses “ehtiyatla” həyata keçirilir.

Agentlik treyderlərə istinadən bildirir ki, ölkənin ən böyük neft emalı müəssisəsi olan “Indian Oil Corp” rəsmi olaraq sanksiyalara məruz qalmayan şirkətlərdən beş partiya Rusiya nefti alıb.

Neftin dekabr ayında çatdırılması planlaşdırılır.

Şirkətin maliyyə direktoru Anuj Jain qeyd edib ki, tədarüklər sanksiyaları pozmadığı təqdirdə alışlar davam etdiriləcək.

Məlumata görə, “Indian Oil Corp” təxminən 3,5 milyon barel ESPO markalı neft alıb. Lakin mənbələr Hindistanla imzalanan müqavilələrdə nefti konkret olaraq hansı şirkətin satdığını açıqlamayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 689          Tarix: Bu gün, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma