Xəbər lenti

Qırğızıstanın təhsil naziri Doğdurkul Kəndirbayeva ilə Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli təhsil sahəsində əməkdaşlığı müzakirə edib.

"Report"un məlumatına görə, bu barədə Qırğızıstanın Təhsil Nazirliyinin mətbuat açıqlamasında bildirib.

"Tərəflər STEM-təhsilinin inkişafını, tədris prosesinin rəqəmsallaşdırılmasını, həmçinin ekoloji mədəniyyət təhsilinin rolunu və iqlim dəyişikliyinə dayanıqlılığının artırılmasını müzakirə ediblər", - mətbuat xidmətindən bildirilib.

D.Kəndirbayeva Qırğızıstanın təhsil sistemində aparılan əsas islahatlar, xüsusilə 12 illik təhsilə keçid, yeni dərsliklərin nəşri və s. barədə məlumat verib.

"Azərbaycan tərəfi təcrübə mübadiləsinin davam etdirilməsinə hazır olduğunu və Qırğızıstan STEM-komandasını birgə layihə və tədbirlərdə iştirak etməyə dəvət edib", - məlumatda vurğulanıb.




Ana səhifəyə qayıt        Baxış: 2 922          Tarix: Dünən, 18:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma