
Fazil Mustafanın
60 yaşına
Bir söhbətə unutduğun yerdən başla,
O yerdən ki, orada bir ürək vurur.
Çox ürəyi ovutduğu yerdən başla.
Çox pislərin ayağına ilgək vurur.
Öz ömrünü ləpədöyən yerdə qurub,
Yağış döyür, gün isidir, külək vurur.
Sular, sellər döyür onun qapısını,
Hər tərəfdən görünən bir dağ kimidi.
O dünənim, o bu günüm, o sabahım,
Yeni zaman, yeni dövran, çağ kimidi.
Duyğuları münbit yerə düşən toxum,
Onun könlü yeni baxça, bağ kimidi.
Dost dediyi adamların çoxusunun
Gözlərindən patron daraq, güllə çıxdı.
Neçə-neçə əməl dostu yol ayırdı,
Neçəsi də arxasından güllə sıxdı.
Hər döyüşdə yaralandl, qan itirdi,
Hər döyüşdən qucağında güllə çıxdı.
Bir cəbhənin adamıdl dünən, bu gün
Sözdü onun əlindəki silahı da.
Acdı onun duyğuları sevgilərə
Ancaq sözdən yoğrulubdu tamahı da.
O bir Allah bəndəsidi yer üzündə,
İbadətdi axşamı da, sabahı da.
Ağ alnına yazılan bir yazı bildi,
Qarşıladı hər cövrünü, hər cəfanı.
Toy-bayramdı səndən gələn hər nə varsa,
Verdiyinin nə yağlısı, nə yavanı.
Biz də sevdik, doğma bildik, əziz bildik,
Ana Vətən, sənin Fazil Mustafanı.
16.10.2025.
Paylaş: