Xəbər lenti

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Qədr gecəsi münasibəti ilə 1029 məhbusu əfv edib. “Sputnik” xəbər verir ki, bu haqda dövlət başçısı fərman imzalayıb.

Fərmanda hakimiyyətin yerli nümayəndələrinə əfv edilənlərin işlə təmin olunması da tapşırılıb.

Qeyd edək ki, Türkmənistanda sonuncu əfv fərmanı bu il fevralın 19-da Bayraq günü münasibəti ilə imzalanıb. Həmin gün 828 məhbus əfv edilib. 

 




Ana səhifəyə qayıt        Baxış: 815          Tarix: 17-06-2017, 14:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma