Xəbər lenti

İspaniya Türkiyənin milli döyüş təyyarəsi - KAAN ilə maraqlanır.

Axar.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

“El Economista” nəşri iddia edir ki, ABŞ-dan F-35 qırıcılarının alışını dayandıran İspaniya gözünü Türkiyənin beşinci nəsil döyüş təyyarəsi olan KAAN-a dikib.

Nəşr yazır ki, İspaniya 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılan KAAN döyüş təyyarələrini almağı düşünür.

Qeyd edək ki, İspaniya mediası ölkəsinin ABŞ-dan F-35 qırıcılarından imtina etməsi ilə bağlı planlaşdırılan addımının avqust ayından gündəmdə olduğunu bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 981          Tarix: Bu gün, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma