Xəbər lenti
3-10-2025, 22:00

"İsrail danışıqlardan sonra ABŞ-nin əvvəllər Fələstinin HƏMAS hərəkatına təklif etdiyi ordunun ilkin geriçəkilmə xəttinə razılıq verib".

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

Qeyd olunur ki, HƏMAS tərəfindən bu bəndin təsdiqlənməsindən sonra dərhal atəşkəs rejimi qüvvəyə minəcək.

Tramp həmçinin ölkələr arasında girovların və əsirlərin mübadiləsinə başlamaq, Qəzza sektorunda münaqişənin nizamlanması üçün şərait yaratmaq və münaqişəni başa çatdırmaq niyyətindədir.

Daha əvvəl Tramp HƏMAS-dan girovların azad edilməsi məsələsində sürətli hərəkətlərin həyata keçirilməsini tələb edib. O, girovların azad edilməsi və sülh sazişinin əldə olunması üçün şans vermək məqsədilə bombardmanın müvəqqəti dayandırılmasına görə İsrailə minnətdarlığını da ifadə edib.

Xatırladaq ki, Qəzza sektorunda münaqişənin başa çatdırılması ilə bağlı Trampın tam planı 29 sentyabrda açıqlanıb.




Ana səhifəyə qayıt        Baxış: 38          Tarix: Bu gün, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma