Xəbər lenti

 

Təxminən 950 km genişliyindəki Cücə Planeti olaraq adlandırılan Ceresin səthində yerləşən 5 kilometr uzunluğundakı piramida şəklindəki dağ ilə əlaqədar yeni məlumatlar əldə edilib.

Ovqat.com xəbər verir ki, NASA-nın "Davn" adlı kosmos vasitəsindən əldə edilən kadrlardan araşdırmalarına davam edən alimlər dağın necə meydana gəldiyinə dair bir nəzəriyyə yaradıb.

Yanardağ olduğu ehtimalı

Ceresin səthində olan 5 kilometr uzunluğundakı piramida şəklindəki cismin Cücə Planetdə bir vaxtlar mövcud olan duzlu suyu səthə daşıyan Krayovolkano adı verilən bir növ yanardağ olduğu ehtimal olunur.

Ceres kiçik kütləsinə baxmayaraq, Mars və Yupiter arasında iştirak edən asteroid qurşağındakı ən böyük planet olaraq bilinir.

2015-ci ilin mart ayında Ceresin orbitinə girən Amerkan Milli Havaçılıq və Kosmos Dairəsinin (NASA) "Davn" adlı kosmos vasitəsi burada müxtəlif araşdırmalar edir.

8 illik səfərinin sonuna gələrək asteroid qurşağındakı Cücə Planet Ceresin orbitinə çatan "Davn"ın aparacağı yeni müşahidələr Günəş Sisteminin erkən dövrlərinə və planet meydana gəlməsi haqqında yeni məlumatlar təqdim edəcək. (publika.az)




Ana səhifəyə qayıt        Baxış: 953          Tarix: 11-09-2017, 23:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma