Xəbər lenti

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabrielin Türkiyəyə silah satışının dondurulması barədə verdiyi açıqlamaya münasibət bildirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, bu qərarın ilk növbədə milli müdafiə sənayesini gücləndirəcəyini qeyd edib.

"Türkiyə milli istehsalı olan məhsulların bütün sahələrdəki həcmini artıracaq. Biz özümüzün təyyarə və helikopterlərimizi istehsal edirik.Türkiyə heç vaxt köməksiz olmayacaq," - deyə M. Çavuşoğlu bildirib.

O, Almaniya kanslerin bu qərarı tənqid etdiyini və bunun düzgün reaksiya olduğunu söyləyib.

 




Ana səhifəyə qayıt        Baxış: 811          Tarix: 13-09-2017, 12:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma