Xəbər lenti

                    İnsanlıq əleyhinə cinayətlərə aid yeni kitab

Bakı Avrasiya Universitetinin dosenti Əlövsət Allahverdiyevin “Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər” kitabı nəşr olunub. 

"Ovqat.com" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Azərbaycan hüquq ədəbiyyatında ilk dəfə olaraq insanlıq əleyhinə cinayətlərin mahiyyəti, xüsusiyyətləri, tərkib elementləri və növləri ətraflı şərh edilir. Müəllifin fikrincə, bu günə qədər Azərbaycan hüquq ədəbiyyatında insanlıq əleyhinə cinayətlər tam tədqiq olunmamış, sadəcə müəyyən elmi əsərlərdə onun növləri ilə bağlı məsələlərə toxunulub. Halbuki, indiki şəraitdə insanlıq əleyhinə cinayətlərin daha geniş formada tədqiq olunaraq cəmiyyətə təqdim olunması çox zəruridir, hətta buna böyük bir tələbat var. 

Müəllif daha sonra Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş beynəlxalq cinayətləri araşdırıb və növlərinə görə onları təsnif edib, cinayətkarların cəzalandırılması ilə bağlı təkliflər verib. 

Kitabda əlavə olaraq Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu tam şəkildə verilib və tələbə və müəllimlərin, praktiki fəaliyyət göstərən hüquqşünasların istifadəsi üçün nəzərdə tutulduğu qeyd olunub. 

Ümumilikdə tədqiqat işi ali məktəb tələbələri, hüquqşünaslar, beynəlxalq və cinayət hüququ elmi sahələrində çalışan mütəxəssislər, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi tədris müəssisələrində təhsil alan hərbi qulluqçular, habelə praktiki fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub.




Ana səhifəyə qayıt        Baxış: 721          Tarix: 30-11-2017, 17:22      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent