Xəbər lenti

 

Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsində erməni silahlı birləşmələri tərəfindən 1990-ci il martın 24-də Qazax rayonunun Bağanis-Ayrım kəndində, 1991-ci il dekabrın 22-də keçmiş Əsgəran rayonunun Qaradağlı kəndində, 1992-ci il fevralın 17-də keçmiş Ağdərə rayonunun Meşəli kəndində, 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı cinayətləri, habelə ermənilər tərəfindən törədilmiş terror aktları və digər cinayət əməlləri ilə bağlı Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi təmin olunub.

Ovqat.com modern.az-a istinadən bildirir ki, bu barədə baş prokurorun müavini- Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.
O qeyd edib ki, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində hərbi hissələrdə törədilən cinayətlərin, xüsusən də qəsdən adam öldürmə, intihar, habelə fərarilik və digər bu kimi hərbi xidmət əleyhinə olan cinayətlərin sayı durmadan azalır.
"Son on ildə bütünlükdə hərbi xidmət əleyhinə olan cinayətlərin təxminən 50 faiz, qəsdən adamöldürmə, intihar və şəxsiyyət əleyhinə olan digər cinayətlərin 40 faiz azalması, hərbi hissəni və xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində tərk etmə cinayətlərinin isə ümumiyyətlə törədilməməsi Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsinin və qanunun aliliyinin təmin edilməsinin göstəricisidir".




Ana səhifəyə qayıt        Baxış: 829          Tarix: 30-09-2017, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma