Xəbər lenti

Azərbaycanın sevimli şairi Musa Yaqubun səhhəti yaxşılaşmağa başlayıb.

Bu barədə şairin qızı Yaqut Yaqubova “Yeni Müsavat”a bildirib: “Əvvəlkinə nisbətən səhhəti yaxşılaşıb, yemək yeməyi düzəlib, həyətə girib-çıxır. Lakin çox tez yorulur. Yəni, əvvəlki enerjisi, möhkəmliyi, sağlamlığı qalmayıb. Danışığında da bir qədər problemlər qalıb. Tez yorulduğu üçün çox da danışa bilmir. Bir ara ümidimizi üzmüşdük ki, daha səhhəti düzəlməyəcək. Lakin şükürlər olsun ki, getdikcə yaxşılaşmağa başlayıb. Həkimlər dərmanlar yazıb, çalışırıq ki, vaxtlı-vaxtında qəbul etsin”, – deyə Yaqut xanım qeyd edib.

Yaqut Yaqubova onu da deyib ki, atasının dostları, oxucuları hər zaman ona dəstək olur, vəziyyəti ilə bağlı maraqlanırlar: “Dostları, yaxınları, oxucular hər zaman əlaqə saxlayır, hal-əhval tuturlar. Elə bir gün yoxdur ki, gələn, zəng edən olmasın. Hamısından razıyıq”.

Şair Musa Yaqub uzun müddətdir ki, Parkinson xəstəliyindən əziyyət çəkir. Bir müddət bundan əvvəl xəstəlik şiddətləndiyi üçün şairin səhhətində ciddi problemlər yaranmış, vəziyyəti ağırlaşmışdı.

 




Ana səhifəyə qayıt        Baxış: 555          Tarix: 9-07-2018, 14:33      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent