Xəbər lenti

 

Xalqımızın sevilən şairi Musa Yaqubun 80 illik yubileyi Bakıda Aktyorlar evində təntənəli şəkildə qeyd olunduqdan sonra ustadın doğulub boya-başa çatdığı, yaşayıb-yaratdığı İsmayıllı rayonunda davam etdirilib.

 

Ovqat.com xəbər verir ki, xalq şairi Sabir Rüstəmxanlının aparıcılığı ilə "Qız Qalası" istirahət məkanında keçirilən yubiley törənində Musa Yaqubun dostları, poeziyasının vurğunları, respublikamızın tanınmış ziyalıları, qələm sahibləri iştirak edib. Tədbirdə həmçinin rayonun icra başçısı Mirdamət Seyidov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, millət vəkili Fazil Mustafa, professorlardan Nizaməddin Şəmsizadə, Rafiq Əliyev, xalq artisti Rasim Balayev, şairlərdən Aqil Abbas, Ramiz Rövşən, Əjdər Ol, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan və başqaları çıxiş edərək Musa Yaqub şəxsiyyətindən, yaradıcılığından söhbət açıb, ürək dolusu danışıblar.   

 

Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayram şairin şeirlərindən nümunələr səsləndirib. Müğənnilərdən Zöhrə Abdullayeva, əməkdar artistlər Nəsimi İbayev,  Elza Seyidcahan maraqlı konsert proqramı ilə çıxış etiblər.           

 

Qulu Məhərrəmli, Baba Vəziroğlu, Fərqanə Mehdiyeva, Nəzakət Məmmədova, Zülfüqar Şahsevənli, Sayman Aruz, Əsəd Cahangir və digər tanınmış qələm sahibləri də tədbir iştirakçıları arasında olub.                  

Aləm Kəngərli




Ana səhifəyə qayıt        Baxış: 2 361          Tarix: 15-05-2017, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma