Xəbər lenti

 Dağlıq Qarabağ məsələsində artıq yeni bir mərhələnin başladığını söyləyə bilərik.

Bu sözləri Axar.az-a qarşıdakı iki həftə ərzində Rusiya və Türkiyə prezidentlərinin ehtimal edilən görüşünü şərh edən politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloq deyib ki, Rusiya və Türkiyə arasında bir sıra ortaq layihələrin gerçəkləşməsi Qarabağla bağlı danışıqlar prosesinə təkan verə bilər:

“Hazırda Ankara-Moskva əlaqələri yüksələn xətlə inkişaf edir. Rusiya Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlıdırsa, o zaman Dağlıq Qarabağ məsələsinin nizama salınmasında da səylərini artırmalıdır. Hesab edirəm ki, hazırda Moskvanın bu istiqamətdə İrəvana təzyiq rıçaqları kifayət qədərdir. Türkiyə və Rusiya prezidentlərinin Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlara başlaması tamamilə real görünür. O üzdən Dağlıq Qarabağ məsələsində artıq yeni bir mərhələnin başladığını söyləyə bilərik. Problemin həlli yönündə Rusiyada ciddi müzakirələrin gedəcəyini istisna etmirəm”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Dağlıq Qarabağ məsələsinə görə bir araya gələcəyi gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 599          Tarix: 5-11-2017, 10:23      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent