Xəbər lenti

Mayın 2-də Estoniyada 16 ölkədən 13 min hərbçinin iştirakıyla beynəlxalq hərbi təlim başlanıb.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, “Siil” (“Kirpi”) adı verilmiş bu təlim mayın 14-dək davam edəcək.

Bildirilir ki, Estoniya 1991-ci ildə keçmiş Sovet İttifaqından müstəqillik qazanandan bəri, bu, ən böyük hərbi məşq sayılır. Təlimin bir hissəsi qonşu Latviyada keçiriləcək.

Estoniya ordusundan başqa, 15 ölkədən 2 min hərbçi məşqlərdə iştirak edir.

Estoniya, Latviya və Litva Rusiyayla həmsərhəddir. NATO və Avropa Birliyinə üzv olmalarına baxmayaraq, onlar Moskvanın regiondakı niyyətlərindən narahatdırlar. Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra bu narahatlıq daha da artıb.

 




Ana səhifəyə qayıt        Baxış: 723          Tarix: 3-05-2018, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma