Xəbər lenti

Dünya Bankı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 0,9 faiz səviyyəsində artacağını proqnozlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Global Economic Prospects" hesabatında deyilir.

Ötən ilin iyununda çıxan əvvəlki hesabatda Dünya Bankı ölkə ÜDM-nin cari ildə 0,3 faiz, 2019-cu ildə isə 0,2 faiz artacağını proqnozlaşdırmışdı.

Bankın analitiklərinin gözləntilərinə görə, gələn il ölkə iqtisadiyyatı 1,5 faiz, 2020-ci ildə isə 2,6 faiz artacaq.




Ana səhifəyə qayıt        Baxış: 675          Tarix: 10-01-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma