Xəbər lenti
Bu gün, 00:01
Dünən, 17:55
24-09-2018, 23:59

 

“Hazırda Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin struktur və maddi-texniki bazasının formalaşdırılması, laboratoriyaların təhvil-təslim işləri həyata keçirilir”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib.

Qeyd olunub ki, Agentlik hazırda Səhiyyə Nazirliyinin inzibati binasında müvəqqəti yerləşir: “Bu məsələnin həlli istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi Agentlik ilə sıx əməkdaşlıq edir və inzibati bina qısa müddətdə müəyyənləşdiriləcək”.

Qida Təhlükəsizliyi Agentliyinin Aparatının strukturu təsdiq olunub. Regional bölmələrin, o cümlədən Bakı şəhərinin strukturu, Qida Təhlükəsizliyi İnstitutunun Nizamnaməsi təsdiq olunma mərhələsindədir. "Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Təftiş və dövlət nəzarəti şöbəsi, Risklərin idarə olunması şöbəsi, Sertifikatlaşdırma və qeydiyyat şöbəsi, İnsan resursları şöbəsi, Kommunikasiya və informasiya texnologiyları şöbəsi, Maliyyə və təsərrüfat şöbəsi, Hüquq şöbəsi fəaliyyət göstərəcək.

Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsində göstərildiyi kimi Agentlik qida təhlükəsizliyi sertifikatı verəcək, həmçinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qeydiyyata alacaq və reyestrini aparacaq. Bu istiqamətdə Agentliyin fəaliyyətini təmin etmək məqsədi ilə qanunvericilikdə müəyyən dəyişikliklər hazırlanır və uyğunlaşmalar aparılır, o cümlədən müvafiq strukturlardan tələb olunan maddi-texniki bazanın təhvil-təslim işləri həyata keçirilir. Hazırda isə bu işləri İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi davam etdirir.

Qida Təhlükəsizliyi Agentliyinin qarşısına qoyduğu əsas vəzifə Azərbaycan vətəndaşlarının təhlükəsiz qida məhsulu əldə etməsini təmin etməkdir. Bu proses sahibkarlara ziyan vermədən (bürokratik əngəllər yaratmadan), kiçik və orta sahibkarın da iştirakı ilə həyata keçiriləcək. Qida Təhlükəsizliyi Agentliyi bu prosesi mərhələli şəkildə həyata keçirməyi, bu sahədə vətəndaş məsuliyyətini artıracaq yöndə işlər görməyi planlaşdırır", - deyə, Agentlikdən bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 410          Tarix: 7-02-2018, 20:35      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent