Xəbər lenti

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 25,244 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% çoxdur.

9 aylıq xarici ticarət dövriyyəsinin 14,866 milyard dolları ixracın, 10,378 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,1%, idxal isə 31,3% artıb.

Son nəticədə xarici ticarətdə 4,488 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 29,55% azdır. 




Ana səhifəyə qayıt        Baxış: 426          Tarix: 16-10-2019, 10:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma