Xəbər lenti

Sumqayıtda bir evdə 6 meyit tapılıb.

Qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər. Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.

Sumqayıt Şəhər Polis İdarəsindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxslər bir ailənin üzvləri olub: “Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir”.

Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər. Hadisə şahidlərinin sözlərinə görə, ailə Füzuli rayonundan məcburi köçkün düşüb və bir neçə ildir həmin binada yaşayrmış.

***

Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından boğulub.

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində yaşayanlar – 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

 




Ana səhifəyə qayıt        Baxış: 425          Tarix: 5-03-2018, 14:33      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent