Sumqayıtda mənzildən 61 yaşlı qadının meyiti aşkarlanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1956-ci il təvəllüdlü Rəfibəyli Olqa Musa qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.