Xəbər lenti

 

Tovuz rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

Belə ki, "Mercedes" markalı mikroavtobusla "VAZ-2107" markalı minik maşını toqquşub və daha sonra idarəetmədən çıxan hər iki avtomobil yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində mikroavtobusun xəsarət alan sərnişinləri-Tovuz rayonunun Düz Cırdaxan kənd sakinləri, 2002-ci il təvəllüdlü Nərmin Seymur qızı Mustafayeva, 1956-cı il təvəllüdlü Elman Əsgər oğlu Hümbətov, 1990-cı il təvəllüdlü Elşən Sultanov və 1961-ci il təvəllüdlü Həqiqət Məhəmməd qızı Süleymanova xəstəxanaya yerləşdiriliblər.

Qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. \\Report




Ana səhifəyə qayıt        Baxış: 479          Tarix: 19-10-2018, 21:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma