Xəbər lenti
21-09-2019, 20:33

 

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Həşimov və E.Kazımov 12 il, A.Məmmədova isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, şəhər sakini Adil Babayev Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı üç nəfər şəxs onun idarə etdiyi avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib.

Həmin ünvana çatanda isə həmin şəxslər ona hücum edərək bir ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər. Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai rayon polis idarələri əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmədova saxlanılıblar.

Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5 min manat dəyərində qızıl və məişət əşyaları oğurlayaraq satdıqları məlum olub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.




Ana səhifəyə qayıt        Baxış: 16          Tarix: 12-09-2019, 16:31      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent