Xəbər lenti
 Rusiya və Ermənistan guya kürdlərin azadlığı uğrunda mübarizə aparan terrorçu PKK-ya yardım göstərməsi haqqında məlumatlar bəzilərində elə təəssürat yaradır ki, ermənilər ölkələrində yaşayan kürdlərə qarşı böyük qayğıyla yanaşırlar. Doğrudur,  Kürd Fəhlə Partiyası- “PKK” vaxtilə keçmiş SSRİ DTK-nın xətti ilə yaradılıb. Və hazırda “KQB”nin paslanmış rıçaqlarının hələ cırhacırla işlədiyi MDB ölkələrinin əksəriyyətində “PKK”-nın az-çox dayaqlarının, maliyyə qaynaqlarının olması təbiidir. Ermənistandakı və Qarabağdakı “hökumət” adlanan qondarma rejimlərin Sarkisyan, Saakyan kimi rəhbərləri də  Kremldən əsasən “KQB”-nin köhnə agenturası  ilə idarə olunurlar. Və onların da nə ermənilərə, nə də cəmi 1-2 faiz təşkil edən digər etnoslara zərrə qədər canları yanmır. Çünki “bu “KQB” invertarları yalnız onlara təqdim olunan ssenari üzrə işləyirlər. Odur ki, Ermənistanda  kürdlərin, assiriyalıların və s. bir neçə azsaylı etniklərin haqlarının tapdanması heç kəsi təəccübləndirməməlidir... 
“Memorial” Antidiskriminasiya Mərkəzinin və Vətəndaş Cəmiyyəti İnstitutunun Ermənistanda etnik azlıqların diskriminasiyasıyla bağlı  hazırladıqları alternativ hesabatda öncə ölkədə antidiskriminasiya qanununun olmaması  qeyd edilir.  “Memorial” AM-ın nümayəndəsi Stefaniya Kulayeva Rusiya mediasına açıqlamasında  bu barədə danışıb.   BMT –nin İrqi Ayrıseçkilyin Aradan Qaldırılması üzrə Komitəsinin 92-ci sessiyasında Ermənistanın dövlət hesabatına baxılması planlaşdırılıb.  Aprelin 27-də  BMT-nin sözü gedən Komitəsinə təqdim olunmuş alternativ hesabatda göstərilir ki,  Ermənistan demək olar ki monoetnikdir. Çünki əhalisinin 98,2 faizi ermənilərdir.  Əsasən kürdlərdən, yezidi kürdlərdən, assiriyalılardan və boşlardan ibarət cəmi 1,8 faiz təşkil edən etniklər kəskin ayrı-seçkilik şəraitində yaşayırlar.
2011-ci ilin siyahıyaalınmasına görə, Ermənistanda cəmi 8 etnik azlıq yaşayır: yezidi kürdlər -35308, ruslar - 11191,  assiriyalılar-2769, kürdlər- 2162 nəfərdir.Hesabatda  əsas problemlərdən biri kimi orta məktəblərdə etnik azlıqların  övladlarına məcburən erməni kilsəsinin tarixinin geniş şəkildə öyrədilməsi göstərilir...P.S. Göründüyü kimi, Ələkrəm Hümbətov, Şahin Mirzəyev, Vəkil Mustafayev və s. kimi qondarma  “etnik qəhrəmanların” vasitəsi ilə guya Azərbaycanda azsaylı xalqların hüquqlarının pozulduğunu dünyaya car çəkməyə ağılsız cəhdlər edən Ermənistanın özündə  minimal sayda olan etniklər də ayrı-seçkiliyə məruz qalır.
Sultan Laçın



Ana səhifəyə qayıt        Baxış: 1 306          Tarix: 2-05-2017, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma