Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Aydın Mirzəzadə: “Onların Ermənistanın həyasızlığına diqqət yetirməsi bununla bağlıdır”
Bu günlərdə ABŞ mətbuatında Ermənistandakı “İsgəndər” raketlərinin Qərb dövlətləri üçün ciddi təhdid mənbəyi olması ilə bağlı məqalələr dərc edilməkdədir.
Maraqlıdır, belə bir təhlükə nə dərəcədə realdır? Doğrudanmı Ermənistandakı raketlər artıq Avropanın təhlükəsizliyi üçün təhlükə yaradır?
Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Ermənistan neçənci dəfədir ki, regionda müharibə yaradacağını elan edib. Özündə “İsgəndər” raketlərinin olması ilə bağlı bəyanat verib. Qeyd edib ki, bu raketləri Azərbaycana qarşı tətbiq edəcək. İsgəndər” raketlərinin böyük dağıdıcı qüvvəyə malik olduğunu nəzərə alsaq, onun regiondakı infrastrukturlar, Avropanın enerji təhlükəsizliyi üçün təhdid yaratdığı şübhəsizdir. Odur ki, Qərb dairələri Ermənistanın həyasız bəyanatlarına diqqət yetirmyə başlayıblar. Doğrudur, Ermənistan dediyini edəcək cəsarətə sahib deyil. Bundan başqa, Azərbaycan Ermənistanın istənilən addımını zərərsizləşdirmək, ona layiqli cavab vermək üçün geniş imkanlara malikdir. Aprel döyüşləri Azərbaycanın hələ üzə çıxartmadığı müasir silahlara malik olduğunu göstərir. Lakin balaca bir dövlətin iqtisadi baxımdan qüdrətli bir dövləti hədələməsi, onun ərazi bütövlüyü pozması artıq ciddi məsələdir.
Ermənistanın uşaq oyunları artıq Qərbi bezdirməyə başlayıb. Ona görə də Qərbdən bu kimi çağırışları biz hələ çox eşidəcəyik”.

Seymur Əliyev
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar