Xəbər lenti

  

Bakının Binəqədi rayonunda yerləşən yeni tikilidə baş vermiş yanğın nəticəsində 10 nəfər tüstüdən zəhərlənib.

Onlara hadisə yerində tibbi yardım göstərilib. Bir azyaşlı uşaq isə Toksikologiya şöbəsinə aparılıb.

Hadisə 16 mərtəbəli binanın birinci blokunda qeydə alınıb. Elektrik qəfəsinin yanması nəticəsində tüstülənmə baş verib. Bu səbəbdən birinci blokda olan mənzillərin sakinləri təxliyyə edilib.\\Report


22:02

Bakının Binəqədi rayonunda yanğın baş verib.

7-ci mikrorayon ərazisində yerləşən F.Məlikov küçəsindəki 16 mərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Xilasedicilər tərəfindən bir neçə azyaşlı binadan çıxarılıb. Hadisə zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir. Hazırda həkimlər onlara hadisə yerində tibbi yardım göstərirlər. Yanğın hazırda davam edir.\\Report




Ana səhifəyə qayıt        Baxış: 1 306          Tarix: 10-11-2017, 23:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma