Xəbər lenti
Bu gün, 10:55

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikilidə yanğın baş verməsi barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nərimanov rayonunda fəaliyyət göstərməyən dördmərtəbəli tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.  

 

***

 

13.09

 

Bakıda istifadədə olmayan binada yanğın başlayıb.

 

APA-nın məlumatına görə, hadisə Nərimanov rayonunda, Elektron Hesablama Maşınları zavodunun arxasında hazırda istifadə edilməyən dördmərtəbəli binada baş verib.

 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 1-06-2017, 13:36      


Paylaş:   

Ən çox oxunanlar