Xəbər lenti

 

Cəlil Məmmədquluzadənin “Ölülər” dramını oxuyanlar yaxşı xatırlayarlar; əsərin qəhrəmanı Şeyx Nəsirullah kənd camaatına öz müqəddəsliyini göstərmək üçün gündə 3 xurma ilə qidalandığını  deyir. Amma hər gün yeni bir 13 yaşlı qızla xəlvətə çəkiləndə altdan-altdan yağlı plov və kababla qarnını doldurmağı da yaddan çıxarmır.

Bəs, görəsən, Şeyx Nəsirullah həqiqətən də müqəddəs insana çevrilmək iddasında səmimi olsaydı, nə hala düşərdi?

Böyük ehtimalla İranın Əfqanıstanla 75 km uzaqığında yerləşən Makhunik sakinlərinin babaları kimi boyu 1 metr civarında olardı. Hər halda bunu İngiltərənin məşhur BBC informasiya agentliyi irəli sürür.

Yox, qətiyyən yanlış anlamayın. BBC Şeyx Nəsirullahı araşdırmayıb. Sadəcə, onun yaşı 1500 il qədər qədim olan İran kəndi Makhunik barədə araşdırmasından bu nəticə çıxır.

İstərsəniz, gəlin, yazı ilə tanış olaq.

  

Yüz il əvvələ qədər İranın Makhunik kəndində yaşayan insanların boyu təxminən bir metr civarında idi.

 Makhunik, İranın şimal-şərqində 1500 il əvvəl qurulmuş bir kənddir. Əfqanistan sərhədindən 75 km uzaqda yerləşir. Yüz il əvvəl burada yaşayan insanların boyu təxminən 1 metr, yəni orta boydan 50 sm qısa idi.

 2005-ci ildə bölgədə 25 sm uzunluqda mumyalanmış insan cəsədi tapıldı. Bundan sonra Makhunikin də aralarında bulunduğu 13 kəndin bir vaxtlar mövcudluğuna inanılan "Liliputlar” şəhərinin qalıntıları olduğuna dair  dedi-qoduları yayıldı.

 

 Mütəxəssislər mumiyanın 400 il əvvəl ölmüş və vaxtından əvvəl doğulmuş uşaq olduğunu açıqlasalar da, bir vaxtlar Makhunikdə yaşayan kəndlilərin boyunun normaldan daha qısa olduğu da iddia edilir

 Kəndlilərin boyunun qısa olmasındakı ən böyük amillərdən biri kifayət qədər qidalanmaqdır. Bu quraq və ucqar rayon heyvandarlıq üçün münbit şərait yoxdur, sadəcə, turp, taxıl, arpa və xurma kimi bitkilər becərilir və qidalanma da təkcə bunlarla məhdudlaşırdı.

 Kəndin ən maraqlı xüsusiyyətlərindən biri İran mətbəxində və qonaqpərvərliyində əhəmiyyətli yeri olan çaya ikrahla yanaşılmasıdır.

 

 Makhunik kəndinin tarixi memarlıq quruluşu və ənənəvi həyat tərzi mövzusunda araşdırma aparan 61 yaşlı Əhməd Rahnamaya görə, keçmişdə bu ərazilərdə çay içməyin yalnız marixuana aludəçilərinə xas adət olduğu dair inanc var imiş. Çaya qarşı ikrah da, görünür, bu inancdan doğub.

 20-ci əsr ortalarında yolların çəkilməsi ilə Makhunik kəndliləri də İranın digər bölgələrindən gətirilən düyü, toyuq kimi ərzaqlarla tanış oldular. Beləcə, boyları da uzandı.

  

Kənddə 200 ev var və onların 70-80-nin hündürlüyü 1,5-2 metr arasındadır. Makhunik kəndində yaşayan 700 nəfərin əksəriyyəti bu gün orta boya malik olsalar da, atalarının nə qədər qısa boylu olduğunu xatırladacaq çox şeylər var. Kənddəki 200 daş evin 70-80 qədərinin tavanının alçaq olması da bu dəlillərdəndir.

 Rahnama ilə birlikdə bu evlərdən birinə girirəm. 10-14 kvadrat metr böyüklüyündəki otağın bir guşəsi taxıl anbarı (qandıq), bir guşəsi soba (karşak), bir guşəsi də yataq yeri kimi istifadə edilir.

 

 Rahnama bu evlərin bu qədər kiçik inşa edilməsinin yalnız içində yaşayan insanların qısaboylu olmasından irəli gəldiyini deyir. Düzgün yol və yük heyvanı sıxıntısından insanlar evlərinin inşasına lazım olan daşları və digər materialları kilometrlərlə uzun məsafədən özləri daşımağa məcbur idilər.

 

Evlərin kiçik olması daha az material tələb etdiyi kimi, qızdırması və sərinlədilməsi də daha asan olurdu, həmçinin ətraf mühitlə harmoniya halında olduğundan işğalçı qüvvələrin uzaqdan bu yaşayış zonasını müəyyən etməsini çətinləşdirirdi.

 Kənddə həyat bu gün də asan deyil. İstehsal olunan məhdud miqdarda kənd təsərrüfatı malları son illərdə quraqlıq səbəbindən daha da azalıb, gənclər iş tapmaq üçün başqa yerlərə getmək məcburiyyətində qalıb.

 İş üçün şəhərə gedən gənclər kəndə pul və yemək göndərir. Qadınlar burada toxuculuqla məşğul olur, amma başqa iş yoxdur" deyir Rahnama. Yaşlılar isə dövlət yardımına bağlı yaşayırlar.

  

 Amma Rahnama çətinliklərə baxmayaraq, kəndin maraqlı arxitekturasının turistləri cəlb edəcəyinə və yeni iş imkanları yaradacağına ümidvardır.

 “Artıq hər şey keçmişə nisbətən daha yaxşıdır. Qədimdən insanlar qısa və dolu, indi isə daha uzun və arıqdırlar" deyir Rahnama.




Ana səhifəyə qayıt        Baxış: 1 442          Tarix: 27-02-2018, 09:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma