Xəbər lenti
7-03-2019, 22:48

 

Bu ilin yazında Naxçıvan Muxtar Respublikasında 200 hektara yaxın sahədə meyvə bağlarının salınması nəzərdə tutulur.

Ovqat.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda belə deyilir.

Məlumata görə, bu istiqamətdə ilk addım bu gün atılıb. Martın 3-də Naxçıvan Muxtar Respublikasında iməcilik keçirilib, yeni meyvə bağları salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Su Anbarının kənarında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik keçirilən 2 hektar ərazidə 1500 meyvə tingi əkilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib. Ali Məclisin Sədri yaz aylarında əkin işlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 23 minə yaxın insan iştirak edib, 10 mindən artıq meyvə tingi, 2500 meşə ağacı, 2100 gül və bəzək kolu əkilib.

Ovqat.com-un hesablamalarına görə, bugünkü iməclikdə 2 hektar ərazi ağaclaşdırılıbsa və planda 200 hektar meyvə bağı salmaq nəzərdə tutulursa, belə çıxır ki, Naxçıvan zəhmətkeşlərini bu il hələ 99 iməclik gözləyir. İldə 12 ay olduğuna görə, deməli, hər aya, hardasa 8 iməclik düşür. Yəni muxtar respublikada həftədə ən azı 2 gün ağac əkiləcək.




Ana səhifəyə qayıt        Baxış: 702          Tarix: 3-03-2018, 20:10      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar