Xəbər lenti
Dünən, 20:40

 

"Nazirlər Kabinetinin damazlıq yumurtaya da əlavə gömrük vergisi tətbiq etməsi yerli istehsalı təşviq etdiyi üçün təqdirə layiqdır. Bu qərar ilk növbədə İran və Türkiyədən ölkəmizə gətirilən damazlıq yumurtaların maya dəyərindən ucuz satılaraq yerli təsərrüfatları çökdürmə planının qarşısını almağı planlaşdırdığı üçün bütün yerli istehsalçılar tərəfindən yüksək qiymətləndirilir”.

Damazlıq yumurta istehsalı ilə məşğul olan iş adamı Mürvət Həsənli musavat.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, hələ bir neçə il əvvəl prezident İlham Əliyevin böyük səyləri nəticəsində bütün aqrar istehsalat sahələrində özümüzü ərzaq məhsulları ilə 100% təchiz etmək siyasətinə start verilmişdi: “Prezidentin çağırışı ilə bir çox fermerlər yerli təsərrüfatlarını inkişaf etdirdi, xüsusilə damazlıq yumurta istehsal edən müəssisələrimizə ciddi investisiyalar qoyuldu. Yaradılan yerli müəssisələrin istehsal gücü hazırda ildə 180 milyon ədəd damazlıq yumurta səviyyəsinə yüksəlib ki, bu da ölkəmizin tələbatını artıqlaması ilə ödəyir. Məhz bundan sonra Azərbaycan bazarının əldən çıxdığını görən Türkiyə və İran şirkətləri yerli damazlıq müəssisələrini sıradan çıxarmaq üçün dempinq siyasətinə əl atmağa başladılar. Yəni öz məhsullarını Azərbaycandakı broyler müəssisələrinə maya dəyərindən aşağı satırdılar. Nəticədə yeni qurulan və maliyyə gücü o qədər də böyük olmayan yerli təsərrüfatlar bu haqsız rəqabətə duruş gətirə bilmirdilər. Dempinq siyasəti bütün dünyada qadağan olunduğundan Azərbaycan hakimiyyəti də bunun qarşısını almalı idi. Bu tədbirlər isə, sözsüz ki, inzibati yolla aparıla bilməzdi. Ən optimal variant damazlıq yumurta idxalının rüsumunu artırmaq idi ki, Nazirlər Kabinetinin dünən hər damazlıq yumurtaya görə 10 sent gömrük rüsumu tətbiq etməsi bu istiqamətdə atılan mühüm addımdır. Artıq xarici şirkətlər Azərbaycan bazarında 17 qəpik dezavantajla rəqabətə başlayacaqlar, bu da maya dəyərin hardasa 30%-nə bərabərdir”.

İş adamının dediyinə görə, ölkəmizdə istehsal olunan damazlıq yumurta sifarişçilərə 50-55 qəpik arasında satılır:“Nazirlər Kabinetinin məlum qərarından sonra isə idxal məhsulun satış qiyməti normalda 85-90 qəpiyə yüksələcək. Qiymətlərdə yaranan hardasa iki qat fərq istər-istəməz yerli məhsullarımızın daha çox rəğbət görməsini stimullaşdıracaq”.

Ä°lgili resim

Mürvət Həsənli Nazirlər Kabinetinin məlum qərarının yalnız iqtisadi fayda və yerli təsərrüfatın inkişafı ilə məhdudlaşmayacağına, ölkəmizin təbiətinin qorunmasında və qida təhlükəsizliyi sahəsində mühüm rol oynayacağına inanır: “Əvvəla, xarici ölkələrdə toyuqlar fərqli üsullarla və yerli şəraitə uyğun vaksinasiya edilirlər. Dolayısıyla onların xəstəliklərə qarşı pəyvəndlənməsində Azərbaycan şəraiti nəzərə alınmır və idxal olunan məhsullar əsl xəstəlik mənbəyinə çevrilir. Bu zamana qədər ölkəmizdə yayılan bir çox toyuq xəstəlikləri məhz idxal edilmiş yumurtalar vasitəsilə yayılmış, milyonlarla quş tələf olmuşdur. İdxal yumurtanın yaydığı xəstəliklər yalnız quşçuluq sektoruna deyil, Azərbaycan faunasına da ciddi zərərlər vurmuşdur.

Digər tərəfdən, istənilən ölkənin milli təhlükəsizlik strategiyasında qida təhlükəsizliyi ən başlıca yeri tutur. Öz yerli qida sektorunu qura bilməyən dövlətlər düşmən təxribatına açıq vəziyyətə düşürlər. İdxal olunan qida məhsullarına yoluxdurulmuş gizli və indiyədək bilinməyən bir virus ölkə əhalisində ciddi sağlamlıq problemi yarada bilər. Nəticədə həmin ölkə düşmən qarşısında ağ bayraq qaldırar. Təsadüfi deyil ki, hərbi strateqlər də bioloji bombaların ən təsirli silah olmasında həmfikirdirlər və bu dəhşət ssenarisinə yol verməmək üçün incə düşünülmüş qida təhlükəsizliyi strategiyasının həyata keçirilməsini vacib sayırlar”.

İş adamının fikrincə, 2010-cu ilə qədər Azərbaycan da bu cür xarici təhlükə ilə üz-üzə idi: “Ölkəmizə damazlıq yumurtalar əsasən iki yerdən idxal olunurdu. Bunlardan biri İran, digəri isə Türkiyə idi. İranın Azərbaycanla bağlı siyasəti aydın olduğundan bu barədə uzun şərhə ehtiyac görmürəm.

Türkiyəyə gəlincə, sözsüz ki, bu ölkə bizimlə strateji müttəfiqdir və onun siyasi iradəsi tərəfindən Azərbaycana qarşı hər hansı təxribat gözlənilmir. Di gəl ki, Türkiyədən Azərbaycana idxal olunan əsas damazlıq yumurta müəssisələri erməni əsilli iş adamlarının əlindədir. Arto Sevan Oskayan, Andranik Raffi Bozaçıyan, Ömür Oral kimi erməni iş adamlarına məxsus “Əmrə Piliç” və “Orallar” milyonlarla yumurta satdığı mətbuatdan bəllidir. Azərbaycan bazarının bu cür təhlükəli əllərə həvalə edilməsi milli təhlükəsizlik baxımından da yolverilməz idi, Nazirlər Kabinetinin son qərarının başlıca məqsədlərindən biri də bu halın qarşısını almaqdır”.

 

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 96          Tarix: 9-11-2018, 08:13      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent