Xəbər lenti

 

İran İslam Respublikasının Hərbi Donanma Komandanlığının ilk nüvəsi Tehrandan ölkənin cənubundakı Bəndərabbas liman şəhərinə köçürülüb.

Ovqat.com xəbər verir ki, məlumatı İranın rəsmi informasiya kanalı İRNA yayıb.

İran hərbi donanmasının komandiri admiral Hüseyn Xanzadinin bu gün verdiyi açıqlamaya görə, Hərbi Dəniz Komandanlığının Bəndərabbasa köçürülməsinin səbəbi Hörmüz boğazı, Fars körfəzi Mekran və Oman dənizləri kimi su hövzələrinə daha rahat nəzarət etmək ehtiyacından doğub.

"Bu təşəbbüs hərbi flotların cənub sahillərinə daha çox fokuslanmasına imkan verir", - deyən admiral İranın son zamanlar sınaqdan çıxarılan “Zireh” raket gəmisindən də danışıb. O,  açıqlamasdında sınaq zamanı “Zireh” gəmisinin raketləri daşıma və buraxma qabiliyyətinin çox sürətli olduğunu, inşa prosesinin 3 aya tamamlanacağını və hərbi inventarına əlavə ediləcəyini söyləyıb.

 

Qeyd edək ki, Bəndər Abbas limanı Hörmüz boğazındakı Fars körfəzi ilə Oman dənizinin birləşdiyi nöqtədə yerləşir. Bəndər Abbasla Oman dövləti arasında ayrıca Kişm Larek və Hörmüz adlı iki ada var və onların hər ikisi İrana bağlıdır. Bəndər Abbas və həmin iki adanın coğrafı mövqeyi Oman dənizindən Fars körfəzinə keçid qovşağının hər tərəfinə İranın nəzarət imkanlarını daha da artırır.

İranın hərbi donanmasının qərargahını Bəndər Abbasa köçürməsi yaxın zamanlarda tanker müharibələrinə başlayacağının mesajı da sayıla bilər. Zira ABŞ-ın sanksiyaları nəticəsində ciddi iqtisadi böhran keçirən və xarici qüvvələr tərəfindən əhalisi üsyana təşviq edilən İranın açıq müharibəyə başlamaqdan başqa çarəsi qalmayıb. Körfəzdə yaradacağı gərginlik nəticəsində dünya bazarında neftin qiymətlərinin kəskin bahalaşacağını düşünən Tehran bu yolla məruz qaldığı sanksiyaların aradan qaldırılmasına ümid edir. Necə ki, 8 il davam edən İraq-İran müharibəsi də məhz bu cür taktikalarla sona çatmışdır.

Bəndər Abbasdakı hərbi dəniz donanması ilə açıq dənizlərə çıxışının kəsiləcəyi  gözlənilən Fars körfəzi dünya neft hasilatının 40%-ni özündə cəmləşdirir.




Ana səhifəyə qayıt        Baxış: 2 451          Tarix: 21-11-2019, 23:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma