Xəbər lenti

  

İran ordusunun Hava Hücumlarından Müdafiə Qüvvələri də Hörmüz boğazı və Fars körfəzində müharibəyə hazırlaşır.

Ovqat.com xəbər verir ki, bunu həmin qüvvələrin keçirdiyi hərbi təlim də təsdiqləyir.

"Vəlayət Səması Qoruyucuları Tətbiqatı - 98" adlanan hərbi təlim Fars körfəzi və Hörmüz boğazında döyüş versiyası üzərində keçirilir.

Bunu Hava Hücumlarından Müdafiə Qüvvələrinin komandanı Əlirza Sabahifərd İRNA agentliyinə açıqlamasında təsdiqləyib. Onun sözlərinə görə, təlimdə yerli və xarici ən modern silahlardan istifadə olunur və bu silahlar nəzərdə tutulan su hövzələrini də qoruyan əsas hərbi vasitələrdir.

İranın hava məkanının “qırmızı cizgisi”nin müdafiəsini məşq etdiklərini deyən general "düşmənin İran İslam Respublikasının səmasına girməsinin fiasko və rüsvayçılıqdan başqa nəticəsi olmayacağına" əmindir.




Ana səhifəyə qayıt        Baxış: 2 113          Tarix: 22-11-2019, 01:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma