Xəbər lenti

 

 “İcra Haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməlidir. Vətəndaşlar bu xidmətin ərköyünlüyündən əziyyət çəkirlər”.

İqtisadçı ekspert Elçin Qurbanovun Ovqat.com-a göndərdiyi məktubda belə deyilir.

Növbəti qanunverici təkliflə çıxış edən ekspertə görə, əgər ölkədə korrupsiya və rüşvətlə həqiqi mübarizə aparılırsa, bu, ilk növbədə hüquq mühafizə sahəsində həyata keçirilməlidir:

“Çünki cəmiyyətin, dövlətin, vətəndaşın qanuni mənafelərinin (maraqlarının) keşiyində hüquq mühafizə orqanları dayanırlar.  Təssüflər olsun ki, bir çox dövlət orqanlarında mübarizəyə nəinki dəstək, hətta əhəmiyyət verilmir. Şübhəsiz ki, problemin yaranmasında bir çox səbəblər vardır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkədə mənəviyyat və şəxsiyyət problemi yaşanır. Ona görə də ədalətlilik, vicdan məsələləri arxa plana keçib.

Digər problem isə qanunvericilikdəki çatışmazlıqlarla əlaqədardır. Ona görə də vətəndaş narazılıqlarına haqlı qiymət vermək doğrudur. Belə problemlər çox qabarıq səviyyədə İcra (indiki Icra və Probasiya) şöbələrində yaşanır. Ona görə də ilk növbədə İcra Haqqında Azərbaycan Respublikasının Qanununa yenidən baxılmalıdır.

 “İcra Haqqında Qanun”  Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin, inzibati xətalar haqqında işlər üzrə qərarların və. s məhkəmə aktlarının icrası qaydalarını və şərtlərini müəyyən edir. 

 Qanunun  1-1 maddəsində deyilir:

“İcra qanunvericiliyinin prinsipləri; İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır”.

Bu prinsiplər yalnız hüququn ümumi prinsiplərinə aiddir.  Qanunda İcra haqqında qanunvericiliyin məqsəd və vəzifələri əks olunmur.  

Maddə 2. Məcburi icra orqanları

2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

İcra məmurunun tələblərinin məcburiliyi və digər səlahiyyətverici  (dispozisiya) xüsusiyyətləri göstərilsə də, normada konkret vəzifə müəyyənedici tələblər əksini tapmır.  Qanunun ümumi mahiyyətində İcra məmurunun üzərinə məhkəmə aktlarının icrası üzrə konkret vəzifələr və məsuliyyət qoyulmur. Çünki nəinki icra məmurunun üzərinə konkret vəzifələr qoyulmur , hətta qanunun özünün məqsəd və vəzifələri göstərilmir.  

Bu da icra haqqında Az. Res. Qanununda boşluq deməkdir. Vətəndaş İcra məmurunun fəaliyyəti ilə bağlı problemlərlə qarşılaşdıqda, qanunazidd hesab etdiyi halları müəyyən etmək üçün ilk növbədə həmin qurum haqqında əsas qanuna nəzər salmalı olur. Həmin qanunda müvafiq qurumun vəzifələri və səlahiyyətləri barədə ətraflı aydın məlumat hökmən təsbit olunmalıdır. Vətəndaş əsasnamə axtarmalı deyil ki, orada vəzifəli şəxsin vəzifələri barədə məlumat əldə etsin. Bunun üçün qurumun fəaliyyətinə dair əsas qanunvericilik aktları təkmilləşdirilməlidir. Məhkəmə aktlarının icrasına nəzarət üçün onlarla orqan və təşkilat yaradılsa belə, qanunvericilikdə olan çatışmazlıqlar bərpa edilməyincə ictimai nəzarət və şəffaf fəaliyyət təmin oluna bilməz. Bütün bunlar icra sistemində kifayət qədər problemlərin və vətəndaş narazılıqlarının yaranmasına səbəb olur.

Digər qanunvericiliyə nəzər salaq:  Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə, Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunsa da, bu maddənin 306.2. bəndində vəzifəli şəxsin bu sahədə səlahiyyətli dövlət orqanına aid edilməsi kimi heç bir məna ifadə olunmurHazırda redaksiyada olan Məzmun belədir ; mad: 306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yəni Cinayət Məcəlləsində də İcra məmurunun hərəkət və hərəkətsizliyi nəticəsində fiziki və hüquqi şəxsin qanunla qorunan mənafelərinin gözlənməməsi, hüquqlarının pozulması nəticəsində cinayət məsuliyyətinin yaranması ayrıca qeyd olunmalıdır.

 Məsələn: Məhkəmənin hökmünün,qərarının və yaxud digər aktının icra edilməsi üzrə səlahiyyətli dövlət orqanının vəzifəli şəxsi tərəfindən törədildikdə sözləri əlavə oluna bilər.  Beləliklə müddəanın tam məzmunu aşağıdakı kimi redaksiyaya verilə bilər: 

Eyni əməllərMəhkəmənin hökmünün, qərarının və yaxud digər aktının icra edilməsi üzrə səlahiyyətli dövlət orqanının vəzifəli şəxsi və digər (başqa) vəzifəli şəxslər tərəfindən törədildikdə  üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əgər qanunda vəzifələrin müəyyən olunmasına ehtiyacın olmadığı fikrində olan varsa, Polis haqqında Azərbaycan Respublikası Qanununa nəzər sala bilərlər. Polis haqqında qanunun 3-cü maddəsində polisin əsas vəzifələri təsbit olunur. Heç olmasa, ona uyğun dəyişiklik edilməlidir ki, vətəndaş bu orqanın vəzifələri barədə, vəzifəli şəxslərinin vəzifə məsuliyyəti barədə ətraflı məlumat əldə edə bilsinlər. 

Bu günün tələbi tədricən yaranan problemlərin həlli müstəvisində qoyulmalı və həll olunmalıdır. Qanun yaradıcılığı sahəsi daim bu kimi məsələləri xüsusi diqqətdə saxlamalı və həlli üçün müvafiq tədbirlər görməlidir. Hesab edirəm ki, məsələ ilə Azərbaycan Respblikası Prezidentinin Adminstrasiyası, Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və digər orqanlar maraqlansalar, problem tezliklə həllini tapa bilər”.




Ana səhifəyə qayıt        Baxış: 640          Tarix: 13-06-2018, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma