Xəbər lenti
17-08-2019, 16:20

 

İqlim dəyişikliyi ilə əlaqədar gənə, ağcaqanad kimi həşəratlardan insanlara keçən xəstəliklər artacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri İstanbul Texniki Universiteti Metereoloji mühəndisliyi bölümünün rəhbəri, professor Mikdat Kadıoğlu söyləyib.

Onun sözlərinə görə, araşdırmalara əsasən, BMT-nin müvafiq şöbələrinə son 20 ildə ən azı 45 yeni xəstəliyin yarandığı haqda hesabat göndərilib: “Amerika Ekologiyanın Mühafizəsi İdarəsi dünyada epidemiyaların artımını qlobal istiləşmə nəticəsində torpaqdan istifadə və kənd təsərrüfatı sahəsində dəyişikliklərlə əlaqələndirib. İnsanlarda aşkarlanan xəstəliklərdən qızdırma və limfa artritinin gənələrdən, Qərbi Nil xəstəliyinin isə ağcaqanadlardan keçdiyi deyilir”.

Türkiyəli mütəxəssisin sözlərinə görə, yaxın 50 ildə isti günlərin sayı çoxalacaq, yağıntılar isə azalacaq. Bununla bərabər, dəniz suyunun səviyyəsi yüksələcək. Bu artım Aralıq dənizi-Egey bölgəsində daha çox, Qərbi Anadolu, Qara dənizdə daha az hiss ediləcək:

“2023-cü ildə yağış qıtlığı yaranacaq. Yağan yağış sularını indidən anbara doldurmalıyıq. Torpağa yağan yağışın suyunu isə yeraltı su ehtiyatlarını artırmaq üçün yaymalıyıq. Bağlarımızı xlorlu suyla deyil, yağış suyuyla sulamağımız lazımdır”.




Ana səhifəyə qayıt        Baxış: 105          Tarix: 10-08-2019, 10:42      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent