Xəbər lenti
17-08-2019, 16:20

 

TANINMIŞ ŞAİR, “ULDUZ” JURNALININ POEZİYA ŞÖBƏSİNİN MÜDİRİ FƏRQANƏ MEHDİYEVANIN SƏHHƏTİNDƏ PROBLEMLƏR YAŞANIR

Bir qrup yazar tanınmış şair Fərqanə Mehdiyevanın səhhətində yaranan problemlərlə bağlı AYB sədri, xalq yazıçısı Anara müraciət imzalaylb.
Müstəqil.Az həmin müraciəti olduğu kimi yayınlayır:

Hörmətli Anar müəllim!
Uzun illər davamlı müalicə almaqla həyatla ölüm arasında çarpışan xalqımızın sevimli şairi Fərqanə xanım Mehdiyeva indi ağır durumdadır.

Son aylar Fərqanə xanımın səhhətində ciddi problemlər yaranıb. Təbrizdəki və Bakıdakı həkimlərin qoyduğu son diaqnozlar göstərir ki, Fərqanə xanımın müalicəsinə qayğı və diqqətlə yanaşılmasa, bu xəstəlik daha ağır fəsadlara yol aça bilər.
Bildiyiniz kimi, Fərqanə xanım Mehdiyeva çağdaş poeziyamızın ən istedadlı nümayəndələrindən biridir. “Ulduz” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsini icra edən Fərqanə xanım görkəmli bir ziyalı olmaqla yanaşı, eyni zamanda, xalqın sevilən şairi, gənclərin yaxın dostu və müəllimidir. Ona mənəvi və maddi dayaq olmaq hər birimizin borcudur.


Hörmətli Anar müəllim, Fərqanə xanımın müalicə alıb sağalması üçün dövlət qayğısına böyük ehtiyac var. Sonrakı peşmanlığın faydasız olduğunu nəzərə alıb, bu işdə AYB-nin təşəbbüsü ələ almasını, Fərqanə xanımın müalicə olunması üçün lazım olan maddi köməklik göstərilməsini sizdən xahiş edirik. Biz isə öz dualarımızla yanaşı, əlimizdən gələn köməyi sizinlə bölüşməyə hazırıq.
Sizə dərin hörmətlə: Aləm Kəngərli, Faiq Balabəyli, Elçin İsgəndərzadə, Ramiz Qusarçaylı, Adilə Nəzər, İlqar Türkoğlu, , Günel Eyvazlı, Afaq Şıxlı, Əsəd Cahangir, Aləmzər Sadıqqızı, Ağacəfər Həsənli, Arzu Nehrəmli, Zəka Vilayətoğlu, Zemfira Məhərrəmli, Nəzakət Məmmədli, Ayaz Arabaçı, Aysel Xanlarqızı Səfərli, İbrahim İlyaslı, Hüseyn Sözlü, Kənan Hacı, Sehran Allahverdi, Kəmaləddin Qədim, Məmməd Tahir, Aybəniz Əliyar, Nuranə Nur, Əlirza Xələfli, İlham Qəhrəman, Şahin Musaoğlu, Fəxrəddin Teyyub, Murad Köhnəqala, İradə Aytel, Səfər Alışarlı, Sadiq Qarayev, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Vasif Süleyman, Elbariz Məmmədli, Əkbər Qoşalı, İbrahim İlyaslı, Nadir Azayoğlu, Əyyub Qiyas, Süleyman Hüseynov, Şəfiqə Şəfa, Həyat Şəmi, Təranə Vahid, Maarif Soltan, Səfa Rəşid, Oktay Şəfioğlu, Səxavət Talıblı, Süleyman Abdulla, …




Ana səhifəyə qayıt        Baxış: 81          Tarix: 11-08-2019, 13:52      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent