Xəbər lenti

  

Dekabrın 16-da Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunda filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzərlə yaradıcılıq görüşü keçirilib. Tədbiri giriş sözü ilə Poeziya klubunun direktoru, şair-İbrahim İlyaslı açıb. İ.İlyaslı Adilə xanımın yaradıcılığına qısa nəzər salaraq, onun şeirlərində irfani düşüncənin, milli ruhun, millətçilik-türkçülük ideyalarının yer aldığını vurğulayıb, fəlsəfi gücün poetik ifadələrdə anlam daşıdığı şeirlərinə işıq  tutub.

Görüşdə iştirak edən bir sıra qələm adamları - xalqımızın görkəmli şairi Musa Yaqub, tanınmış yazıçı Səfər Alışarlı, filologiya üzrə fəlsəfə doktoru, yazar Nizami Muradoğlu Adilə Nəzərin yaradıcılığı haqqında geniş məruzə ediblər. Onlar şairin alimliyi ilə şairliyinin birgə məhsulu olan İlahi Eşq, həyat həqiqətləri və sevgi haqqında olan şeirlərini təqdir və təqdim ediblər.

Eləcə də ədəbi simalardan Vurğun Əyyub, Aləm Kəngərli, İlqar Türkoğlu, Fərqanə Mehdi, Gülbahar Haqverdiyeva, Mikayıl Bozalqanlı, Rafiq Oday, Ehtiram İlham,  Gülqədəm Mirzəzadə, Ayaz Arabaçı, Xaqani Abbasəli Öztürk,  Lətafət Abıyeva və başqaları çıxış edərək şairin şeirlərindən nümunələr səsləndirib və şairi təbrik ediblər. Adilə Nəzər fasilələrlə şeirlərini oxuyub, şeirlərindəki bəzi mətləblərə aydınlıq gətirərək şeir yazmağın ona verdiyiiyi rahatlıqdan və  oxucu sevgisindən məmnunluğunu ifadə edib. Bu günkü sevinci ona bəxş etdikləri üçün tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 838          Tarix: 17-12-2017, 16:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma