Xəbər lenti

Şirvan şəhər sakini İslamov Xəyal Sadiq oğlu qardaşı Məhəmməd İslamovun haqsızlıqla üzləşdiyini və bu səbəbdən məhbəs həyatı yaşamağa məhkum olduğunu bildirir.

“AzPolitika.info” vasitəsilə ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edən X.İslamov iddia edir ki, qrdaşı Məhəmməd ruhi xəstə olmasına baxmayaraq, 09.06.2017-ci il tarixində Şirvan şəhər Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Anar Nağıyev onun vəziyyətini nəzərə almadan həbs edərək, barəcində CM-nin 234.1 və 237.2.3 maddələriylə cinayət işi açıb. 23 oktyabr 2017-ci il tarixində isə Lənkəran Ağır Cinayətlər Məhkəməsi Nurəddin Abdullayevin sədrliyilə keçirilən məhkəmədə qardaşını 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Şikayətçi iddia edir ki, nə istintaq, nə də məhkəmə orqanı qardaşı Məhəmməd İslamovun xəstəliyini nəzərə almayıb: “Qardaşım, 2-ci qrup əlil, 1959-cu il təvəllüdlü İslamov Məhəmməd İmanverdi oğlu ruhi xəstədir, psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə bağlı Səhiyyə Nazirliyinin 1 Saylı Ruhi-Əsəb Dispanserində, Salyan rayon Ruhi-Əsəb Dispanserində və Şirvan şəhər Mərkəzi Xəstəxanasının ruhi-əsəb kabinetində daimi qeydiyyatdadır. Əlimizdə bunu rəsmən təsdiq edən sənədlər mövcuddur.”

X.İslamov bildirir ki, qardaşı çətənə kolu əkməkdə təqsirli bilinib. Lakin şikayətçinin dediyindən belə çıxır ki, onu şərləyiblər: “Elementar özünü idarə etmək qabiliyyətindən məhrum olan bir xəstə necə olub ki, çətənə kolları yetişdirib? Axı bu, tibbi baxımdan da məntiqə sığmır. Lakin buna baxmayaraq Şirvan Polis Şöbəsi və şəhər Prokurorluğu onun sağlamlıq durumunu nəzərə almadan və heç bir nümayəndəsinin iştirakı olmadan ondan naməlum yolla ifadə alıb. O da elan olunmuş ittiahmla özünü tam təqsirli bilib. Sonra isə barəsində heç bir məhkəmə tibbi ekspertizası təyin olunmadan ona 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verildi. Biz isə əlimizdən heç bir şey gəlmədiyi üçün susmağa məcbur olduq…”

Hazırda 10 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən M.İslamovun yaşlı anasının vəziyyətinin ağır olduğu bildirilir: “Bu haqsızlıqla barışa bilməyən anam nevroloji xəstəliyə tutulub, yaddaşı itib, yeriyə bilmir. Ruhi xəstənin həbsxanada cəza çəkməsi halı heç bir ölkədə yoxdur. Bu, ədalətsizlikdir. ”Psixiatriya yardımı haqqında” Qanunun 1.0.5 maddəsində deyilir ki, anlaqsız vəziyyətdə cinayət törətmiş, psixi pozuntu vəziyyətində olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında müayinə və müalicə məqsədi ilə psixiatriya müəssisəsinə yerləşdirilməlidir, daha həbsxanaya yox. Ruhi xəstə sayılmış şəxslər həbs cəzasına məruz qalmamalıdırlar.”

Şikayətçi sonda ölkə başçısına üz tutaraq, xəstə qardaşının həbsdən azad edilməsinə yardım göstərməsini xahiş edir: “ Anlaqsız bir xəstə həbsxanada yatmamalıdır. Bu, həm tanrı dərgahında, həm də sivil cəmiyyətdə qəbulolunmaz bir haldır.”

 

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 34          Tarix: 17-09-2019, 09:36      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent