Xəbər lenti

“Qoca” ilə birgə həbsdən qaçan kriminal avtoritetə AĞIR CƏZA

Bakıda qatardan qaçan məhbus Əli Ağaminin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsininin hökmü ilə Əli Ağami 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağaminin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Dövlət ittihamçısı onun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Əli Ağami və digər məhbus - “Qoca” ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında Etibar Məmmədovla Əli Ağami qatardan qaçıblar. Bir müddət sonra Əli Ağami Şirvanda həbs edilib.

Etibar Məmmədov isə əməliyyat zamanı öldürülüb.

İttihama görə, 2015-ci il noyabrın 5-də saat 23.00 radələrində Şirvan şəhərinin mərkəzindəki kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində baş verən silahlı insident qətllə nəticələnib.

Həmin vaxt qətli törədən Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Abdulla Hüseynov və 1985-ci il təvəllüdlü Tural Salmanov həbs edilib.

Verilən məlumata görə, silahlı insidentdə ölən Elvin Nəziyev digər insident qurbanı olan Zaur Sarıbalayevə atəş açaraq qətlə yetirib. Şirvan sakini Abdulla Hüseynov isə “Makarov” tipli tapançadan atəş açaraq Elvin Nəziyevi öldürüb.

Məlumata görə, mübahisə noyabrın 5-də baş tutan və “Makarov” tipli silahdan atəş açılmaqla Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Zaur Sarıbalayev və kriminal aləmdə “Kiti Elvin” kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyevin qətllə sonuclanan “razborka”nın davamıdır.

Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakinləri, 1985-ci il təvəllüdlü Tural Salmanov və qətli törədən 1989-cu il təvəllüdlü Əli Ağami saxlanılıb.

Qan tökülsə də “razborka” səngimək bilməyib. 2 gün əvvəl - noyabrın 19-da qətlə görə həbsə alınan Əli Ağaminin qardaşı Zaur Ağaminin həyatına qəsd olub. Onu təqib ediblər, Zaur Ağami idarə etdiyi maşınla 9 saylı marşrut üzrə hərəkət edən avtobusa çırpılıb.

Məlum olub ki, bu qəza da həmin qanlı “razborka”dan qaynaqlanıb. Şirvanda Abdulla ləqəbi ilə tanınan Əli Ağaminin qardaşı Zaur Ağamini “Maqa” ləqəbli Mahir Tahir oğlu evinə çağırıb. Zaur Ağaminin onun evinə çağırılmasından məlumatlı olan anası bu haqda hüquq-mühafizə orqanlarına, DİN 102 xidmətinə məlumat verib. Bundan sonra əməliyyatçılar onun evinə gedib.

Mahir Tahir oğlu evində Zaur Ağamiyə bıçaqla hədə-qorxu gəlib. Buna görə saxlanılan Mahir Tahir oğlu Şirvan Məhkəməsinə aparılıb və 15 sutka müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra Zaur Ağami tutulan şəxsin atası Tahir tərəfindən təhdid olunub. Sonra isə Zaur Ağami qəflətən yoxa çıxıb və sonradan Şirvan şəhərinin “vosmoy” deyilən ərazisində peyda olaraq qəza törədib. Onun kriminal “razborka”ya çağırıldığı haqda da məlumat var.

Bildirilir ki, Zaur Ağami qəzadan əvvəl təqib olunub. Belə ehtimal var ki, o, dəvət olunduğu “razborka” məkanında qaçıb maşınına əyləşməklə canını qurtarmağa çalışıb və nəticədə qəza törədib.

Qeyd edək ki, Zaur Sarıbalayev Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilib. 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.

2015-ci il noyabrın 5-də Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar hadisədə iştirak etməkdə şübhəli bilinən digər şəxs - Hacıqabul rayon sakini Məhəmməd Heydərov saxlanılıb.

Onun evinə baxış zamanı 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.

Xatırladaq ki, hadisə zamanı qətlə yetirilən Zaur Sarıbalayev kriminal aləmdə “Masallı Mamed” və “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov isə “Lotu Quli”nin adımı kimi tanınıb.

Şirvan şəhər Prorkurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanıb.

Cinayət işi iki icraatda araşdırılıb.

Etibar Məmmədov və Əli Ağami ayrıca icraatda, cinayət işində adı keçənlər isə başqa icraatda araşdırılıb.




Ana səhifəyə qayıt        Baxış: 864          Tarix: 14-11-2017, 17:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma