Xəbər lenti

 

GünAz TV: İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fürudin 5 illik həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına köçürülüb.

 

Bu barədə məlumat yayan Hüseyn Fürudinin vəkili Hüseyn Sərtipi bildirib ki, müvəkkili bu gün hökmün icrası üçün ədliyyə orqanına gəldikdən sonra Evin həbsxanasına aparılıb.

 

Xatırladaq ki, oktyabrın 2-də İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli prezidentin qardaşının rüşvət aldığına görə 5 il həbsə məhkum edildiyini bəyan etmişdi.

 

Media orqanlarında yayılan məlumatlara əsasən, Hüseyn Fürudinin rüşvət aldığı şəxslər arasında bank borcunu ödəmədiyi üçün həbs edilən Rəsul Daniyalzadə də var.

 

Milli Məclisin deputatı Əlirza Zakani məsələ ilə bağlı bildirib ki, Rəsul Daniyalzadənin adı Hüseyn Fürudinin və Əkbər Təbərinin cinayət işlərində adı keçsə də, o, müxtəlif dairələr tərəfindən ölkədən çıxarılıb və istintaqdan yayınıb.

 

Həsən Ruhani hökuməti prezidentin qardaşına qarşı irəli sürülən ittihamları əsassız sayır. Hüseyn Fürudinin saxlanmasından sonra o dövr dövlətin sözçüsü olan Məhəmmədbağır Növbəxt bildirmişdi ki, “belə olduğu təqdirdə, bu cür addımlar məhkəmə sisteminin və qanunverici hakimiyyətin rəhbərinə qarşı da tətbiq edilməlidir, çünki prezidentin qardaşına qarşı bu cür addım atan müstəqil məhkəmə sistemi digərlərinə qarşı da oxşar davranmalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 391          Tarix: 16-10-2019, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma