Xəbər lenti

Rusiyanın xarici işlər naziri Sergey Lavrov tacikistanlı həmkarı Sirociddin Muxriddinə zəng edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, nazir telefon danışığında Rusiya xidmətlərinin Tacikistan vətəndaşlarına da təsir edən hərəkətlərinin səbəblərini açıqlayıb.

Lavrov bildirib ki, Rusiyaya gələn əcnəbilərin hərtərəfli yoxlanılması terrorizmin qarşısının alınması ilə bağlıdır və müvəqqəti xarakter daşıyır. Təhlükəsizlik tədbirlərini Crocus City Hall-da baş verən terror aktından sonra sərtləşdirilməli olublar. Lavrov vurğulayıb ki, yoxlamalar hansısa millətə və ya dinə qarşı yönəlməyib.

Rusiya XİN-in yaydığı məlumnata görə, tərəflər Rusiya-Tacikistan münasibətlərinə ehtiyatlı yanaşmağın zəruriliyi ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, dünən aprelin 29-da Tacikistan Xarici İşlər Nazirliyi Rusiyanın Düşənbədəki səfiri Semyon Qriqoryevə nota təqdim edib. Notada taciklərə qarşı mənfi münasibət, onların hüquqlarının pozulması hallarına etiraz bildirilib. Bundan əvvəl, aprelin 27-də Tacikistan hakimiyyəti vətəndaşlara çox zərurət olmadıqda Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Bu cür bəyanatlara səbəb sərhəddə ilişib qalan Tacikistan vətəndaşlarının Rusiya ərazisinə buraxılmaması, digər dövlətlərin nümayəndələrinin isə maneəsiz keçməsi barədə çoxsaylı məlumatlar olub. Həmçinin KİV-in məlumatına görə, Tacikistan vətəndaşlarına qarşı dindirilmələr və telefon axtarışları icra edilib.




Ana səhifəyə qayıt        Baxış: 2 824          Tarix: 30-04-2024, 23:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma