Xəbər lenti

Göyçə mahalı minalardan təmizlənir və boşaldılır.

Unikal xəbər verir ki, bu barədə erməni politoloq Armine Adibekyan açıqlayıb.

Onun sözlərinə görə, Ermənistan qoşunları sözügedən ərazilərdən çıxarılır:

"Qoşunlarımız Çəmbərəkdən (Qırmızıkənd - red.) və Cildən (Göyçə mahalı - red.) çəkilməyə başlayıb. Onlar çox vacib mövqelərdir, Tavuşun mövqeləri qədər mühümdür, artıq Basarkeçər (Vardenis) bölgəsində kəndlər boşaldılır, yəni əhali öz evlərini tərk etməyə məcbur edilir. İnsanlara nə vəd veriblər, bilmirəm, amma hələ də bu haqda danışmırlar. Hər halda, Azərbaycanın planına görə, onlar Kəlbəcərdən Göyçəyə girəcəklər, Göyçə gölünü böləcəklər, oradan Paşalıya (Vayk) girəcəklər, sonra Ermənistanı Zəngəzurdan uzaqlaşdıracaqlar".

Qeyd edək ki, Cil kəndi Göyçə gölünün sahilində yerləşən 5 kənddən biridir.




Ana səhifəyə qayıt        Baxış: 4 472          Tarix: 1-05-2024, 15:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma