Xəbər lenti

 Bakıda qəzaya uğrayan "Mercedes Galendevagen" avtomobili Azərbaycan baş nazirinin müavini Əli Həsənovun nəvəsinə məxsusdur.

APA bildirir ki, yol-nəqliyyat hadisəsi zamanı Əli Həsənovun nəvəsinin sürücüsü Mehdi Əliyev həlak olub.

** 23.43

Bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində qəzaya uğrayan “Mercedes Galendevagen” baş nazirin müavini Əli Həsənova məxsusdur.

*   *   *22:42

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın xəbərinə görə, “Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və arxadan “VAZ 21015” markalı avtomobilə çırpılıb.

Daha sonra “Mercedes Gelandewagen” yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb.

Qəza zamanı piyadanın da vurulduğu bildirilir. Qəza nəticəsində “Mercedes Gelandewagen”in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisədən sonra prospektdə uzun tıxac yaranıb.




Ana səhifəyə qayıt        Baxış: 1 150          Tarix: 3-08-2017, 23:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma