Xəbər lenti

 

Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçiriləcəkdir.

Opera və Balet teatrının mətbuat xidmətindən Ovqat.com-a verilən xəbərə görə, tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuşdur.

Məlum olduğu kimi, vaxtilə Milanda və Kiyevdə peşəkar musiqi təhsili alan Şövkət xanım uzun illər Azərbaycan  Opera və Balet Teatrının solisti olmuş və Teatrın səhnəsində bir çox parlaq obrazlar - Nərgiz ("Nərgiz"), Gülzar ("Şah İsmayıl"), Şahsənəm ("Şahsənəm"), Cilda ("Riqoletto"), Violetta ("Traviata"), Rozina ("Sevilya bərbəri") və s. yaratmışdır.

Ölməz sənətkarın xatirəsinə həsr edilmiş tamaşada Teatrın aparıcı solistləri - Respublikanın Əməkdar Artistlər  İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon),  Əkrəm Poladov  (Doktor Qrevil),  Xalq Artisti Əli Əsgərov (Markiz d`Obinyi) və gənc solist Nina  Makarova (Flora) çıxış edəcəklər. 

Tamaşanı Xalq artisti,  professor Cavanşir Cəfərov idarə edəcəkdir.




Ana səhifəyə qayıt        Baxış: 534          Tarix: 2-10-2017, 18:28      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent