Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçiriləcəkdir.
Opera və Balet teatrının mətbuat xidmətindən Ovqat.com-a verilən xəbərə görə, tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuşdur.
Məlum olduğu kimi, vaxtilə Milanda və Kiyevdə peşəkar musiqi təhsili alan Şövkət xanım uzun illər Azərbaycan Opera və Balet Teatrının solisti olmuş və Teatrın səhnəsində bir çox parlaq obrazlar - Nərgiz ("Nərgiz"), Gülzar ("Şah İsmayıl"), Şahsənəm ("Şahsənəm"), Cilda ("Riqoletto"), Violetta ("Traviata"), Rozina ("Sevilya bərbəri") və s. yaratmışdır.
Ölməz sənətkarın xatirəsinə həsr edilmiş tamaşada Teatrın aparıcı solistləri - Respublikanın Əməkdar Artistlər İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Əkrəm Poladov (Doktor Qrevil), Xalq Artisti Əli Əsgərov (Markiz d`Obinyi) və gənc solist Nina Makarova (Flora) çıxış edəcəklər.
Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.
Paylaş: