Xəbər lenti

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, E. Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verəcək.

Baş Prokurorluğun mətbuat xidmətinin rəbəri Eldar Sultanov  E. Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən ifadə verəcəyi barədə məlumatı təsdiqləyib.

E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib. (APA)

***

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yenidən ifadəsi alınıb.

APA-nın məlumatına görə, sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə bu gün ifadə verib.

O, 3 saata yaxın dindirilib.




Ana səhifəyə qayıt        Baxış: 854          Tarix: 10-11-2017, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma