Xəbər lenti

 

"Visa" beynəlxalq ödəmə sistemi Azərbaycanda ekvayer bankları ilə ödənişi kartla qəbul etmək infrastrukturun genişləndirilməsi, habelə Azərbaycanda təmassız ödəniş terminallarının quraşdırılması ilə bağlı işləri inkişaf etdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Visa International" şirkətinin Qafqaz regionu üzrə yeni direktoru Kristina Doros Azərbaycanda "Visa Token Service" xidmətinin işə başlamasına həsr olunmuş tədbirdə bildirib.

"Bu, banklar tərəfindən görülən əhəmiyyətli tədbirlərdir, amma bunun zəruri olduğunu başa düşürük. Bundan əlavə, "Visa" kontaktsız ödəmə terminalları vasitəsilə həyata keçirilən telefon vasitəsilə alışların ödənilməsi üçün infrastrukturun inkişafını stimullaşdırır", - o deyib.

Onun sözlərinə görə, Azərbaycanın kənd yerlərində kart infrastrukturunun inkişafında çətinliklər var, lakin bu, təkcə Azərbaycana məxsus xüsusiyyət deyil, hər bir bazar bununla qarşılaşır.

"Bundan əlavə, "Visa" tərəfdaş banklarla POS-terminallar şəbəkəsinin inkişafı ilə yanaşı, bu prosesi banklar üçün iqtisadi cəhətdən daha əlverişli və istifadəçilər üçün daha da asan edəcək yeni texnologiyaların inkişaf etməsi istiqamətində işləyir", - K.Doros söyləyib.




Ana səhifəyə qayıt        Baxış: 25          Tarix: 10-09-2019, 13:03      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent